Mahaçqalada Azərbaycan vətəndaşını avtomobil vurub, vəziyyəti ağırdır

Mahaçqalada Azərbaycan vətəndaşını avtomobil vurub, vəziyyəti ağırdır

Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Əliyev Natiq Əlisafa oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.