“Bu gün səhər saatlarında Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib”.
NOCOMMENT xəbər verir ki, bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov sosial şəbəkə hesabında deyib.
O bildirib ki, səfirlik əməkdaşları onları yerləşdirmək üçün yerlər ayırıb: “Onların siyahısı tutulacaq. Növbəlilik əsasında avtobuslarla Türkiyə üzərindən Azərbaycana yola salınacaqlar. Bəziləri istəyir ki, Buxarest-İstanbul-Bakı istiqamətində bilet alaraq Azərbaycana getsin. Onlar özləri gedəcəklər”.












