Mnatsakanyan: Əliyevin dedikləri həqiqətdir

Mnatsakanyan: Əliyevin dedikləri həqiqətdir

İlham Əliyev haqlıdır – biz həqiqətən də məğlubiyyətlə barışmışıq. Mən hətta artığını da deyərdim, biz məğluyyəti haqq etdik.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Ramella Mnatsakanyan yazıb.

“Azərbaycan prezidenti “CNN Türk” televiziya kanalına müsahibəsində Ermənistana çox vacib mesaj göndərdi. Onun sözlərinə görə, məğlub edilmiş rəhbərliyin yenidən xalqdan səs alması tarixdə görünməmiş bir hadisə idi. Əliyev tamamiilə haqlıdır. Biz düşməni kənarda axtarmamalıyıq. Düşdüyümüz bu biabırçı vəziyyətdə hər birimiz günahkarıq. Bu bizim üçün heç vaxt silinməyəcək ləkə olacaq”, – deyə erməni ekspert qeyd edib.