Paşinyan özünə tərəfdaş axtarır – AÇIQLAMA

Paşinyan özünə tərəfdaş axtarır – AÇIQLAMA

“Ermənistan tərəfi atəşkəsi pozaraq iki cəbhədə mübarizə aparmaq istəyini göstərir. Nikol Paşinyanın açıqlamalarından da görürük ki, o siyasi razılaşmalara əməl etmək niyyətində deyil”.

Bu barədə NOCOMMENT-ə açıqlamasında siyasi ekspert Asif Nərimanlı danışıb.

Ekspert bildirib ki, Paşinyan danışıqlara hazırdı, digər tərəfdən də Minsk qrupundan təklif gözləyir. Bu da onun “10 noyabr” razılaşmasını tanımadığını göstərir.

“Paşinyan Qarabağla bağlı yeni təkliflər gündəmə gətirmək istəyir. Minks qrupunun digər iki həmsədr ölkəsi ABŞ və Fransa münaqişənin həllindən kənarda qaldılar ve regiondan təsir imkanları zəiflədi. Ona görə Minsk qrupu formatını yenidən diriltmək, status məsələsini gündəmə gətirmək, yeni danışıqlar masası qurmaq istəyirlər. Pasinyan da “Minks qrupundan yeni təkliflər gözləyirəm” deməklə həm Qarabağ məsələsinin bitmədiyini göstərməyə çalışır, həm də bununla ABŞ və Fransanın mövqeyindən çıxış edib onların dəstəyini qazanmaq istəyir”, – deyə ekspert əlavə edib.

Nərmiz VÜQARQIZI