Qarabağın azad edilmiş ərazilərində daha 3 hərbçi cəsədi tapılıb.
NOCOMMENT.az xəbər verir ki, erməni cəsədləri Xocavənd rayonu ərazisində aşkar edilib.
Onların könüllü yaxud ehtiyatdan çağırılan hərbçilər olması ehtimal edilir.
Qeyd edək ki, bu günə qədər Qarabağda azad edilmiş ərazilərdə 1502 erməni hərbçinin cəsədi tapılıb.












