TƏCİLİ! ABŞ-dən İranla bağlı SON XƏBƏRDARLIQ: "Məhv edəcəyik"

TƏCİLİ! ABŞ-dən İranla bağlı SON XƏBƏRDARLIQ: "Məhv edəcəyik"

ABŞ senatoru Lindsi Qrem Prezident Donald Trampla keçirdiyi uzunmüddətli görüşdən sonra İranla bağlı mümkün ssenariləri və Vaşinqtonun yeni strategiyasını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Qrem İranla mümkün sazişin pozulacağı təqdirdə ABŞ-ın Hörmüz boğazını hərbi güclə nəzarət altına alacağını bəyan edib. Senator bildirib ki, Amerika bu strateji keçidə nəzarəti öz üzərinə götürəcək və əməliyyat xərclərini qarşılamaq üçün boğazdan keçən bütün gəmilərdən rüsum tələb edəcək.

Qrem 2026-cı il üçün xarici siyasət prioritetlərinə toxunaraq, "İbrahim sazişləri"nin genişləndirilməsinin və Səudiyyə Ərəbistanının bu prosesə cəlb edilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb. O, İranın boğazdakı ABŞ nəzarətinə qarşı çıxacağı təqdirdə, Amerikanın birbaşa hərbi müdaxilə ilə İranı məhv edəcəyi barədə xəbərdarlıq edib.

Senator İran hakimiyyətinə xitabən bildirib ki, Tehranın "Hizbullah"dan istifadə edərək İsrailə hücum təşkil etməsi artıq yeni qaydalarla qarşılanacaq. Qremin sözlərinə görə, bundan sonra bölgədəki hər hansı təxribat birbaşa İranın özünə qarşı hərbi zərbələrlə cavablandırılacaq.

Əli Səfərli,

NOCOMMENT.az