Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi instaqramda paylaşım edib.
Hərflərin mənasını təsviri formada izah verən qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib.















