“Xersonda işğalçı qüvvələr “Xerson Xalq Respublikası”nı elan etməyi planlaşdırır”.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Mərkəzin yaydığı məlumatda vurğulanır ki, martın 4-də Xerson şəhərinin Azadlıq meydanına rus işğalçıları bu məqsədlə 2 avtobus, 20 minik avtomobili, 2 mikroavtobus və 7 “QAZel”lə xüsusi adamlar gətiriləcək.
Dezinformasiya ilə Mübarizə Mərkəzi Xerson sakinlərini manipulyasiyalara uymamağa çağırıb.












