Rusiya Zelenskinin görüntüsü ilə saxta video hazırlayır

Rusiya Zelenskinin görüntüsü ilə saxta video hazırlayır

Rusiya Ukraynaya qarşı “deepfake” texnologiyasından istifadə etməyi planlaşdırır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi təxribat üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin görüntülərindən istifadə edərək saxta videolar hazırlayır.

Süni intellektə əsaslanan insan imicinin sintezi metodu olan “deepfake” texnologiyası çaxnaşma salmaq, ordunu təslim olmağa və əhalidə ruh düşkünlüyü yaratmağa yönəlib.