Rusiyada qırıcı qəzasında ölənlərin sayı açıqlandı

Rusiyada qırıcı qəzasında ölənlərin sayı açıqlandı

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri artıq başa çatıb.