Avropa İttifaqı növbəti anti-Rusiya sanksiyalarını qəbul edib və yeddi Rusiya bankını SWİFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən ayırıb.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
Qeyd olunur ki, VTB, Rossiya, Otkrıtiye, Novikombank, Promsvyazbank, Sovkombank və Vneşekonombank bankları bu sistemin xidmətlərindən yararlana bilməyəcəklər.












