Rusyönlülər küçələrdə: Nikol isə qərbyönlülərlə görüşdü

Rusyönlülər küçələrdə: Nikol isə qərbyönlülərlə görüşdü

Mayın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Məşvərət Məclisinin üzvləri ilə qeyri-parlament siyasi qüvvələrlə əməkdaşlığa dair növbəti görüş keçirib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Görüşdə Respublika Paartiyasının sədri Aram Sarkisyan, Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan, Vahid Vətən Partiyasının sədri Mqer Terteryan, Suveren Ermənistan Partiyasının sədri David Sanasaryan, Qnçak Sosial Demokrat Partiyasının Ermənistandakı rəhbəri Sedrak Əcəmyan iştirak ediblər.

Qeyd edək ki, bu partiyaların qərbyönlüdür. “Revanşistlər”in İrəvan küçələrində Paşinyanın istefası tələbi ilə davamlı aksiyalar keçirdiyi günlərdə bu görüş diqqətləri cəlb edib.