Sarkisyanın qardaşı oğluna hökm oxunub

Sarkisyanın qardaşı oğluna hökm oxunub

Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan 5 il 6 aylığına azadlıqdan məhrum edilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, müvafiq hökm bu gün keçirilən məhkəmə iclasında hakim Vaqe Misakyan tərəfindən verilib.

Eyni zamanda, Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınmaqla, onun bundan sonra 3 il 6 ay həbs cəzası çəkəcəyi bildirilib.