Soçidə Paşinyanın sülhməramlılarla bağlı təklifi rədd edilib

Soçidə Paşinyanın sülhməramlılarla bağlı təklifi rədd edilib

Ermənistan oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə Qarabağdakı rusiyalı sülhməramlıların mandatının uzadılması barədə təkliflə çıxış edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bugünkü çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən təklif qəbul edilməyib.

“Biz mandatın qeyri-müəyyən müddətə – 5, 20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, mənim fikrimcə, məsələ artıq aktuallaşıb və gələcək görüşlərdə gündəliyə salınacaq”, – deyə Baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, İrəvan üçün sülhməramlıların mandatının avtomatik uzadılmasına tərəflərdən heç birinin etirazı olmadığı və etməyəcəyi faktını möhkəmləndirməsi vacibdir.

“Dağlıq Qarabağda sülhməramlıların olması etibarlı mexanizmlər və təminatlar yaradılana qədər Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin ən mühüm təminatçısıdır”, – deyə Paşinyan əlavə edib.