Sülhməramlılar Xankəndi sakinlərini su ilə təmin etdilər

Sülhməramlılar Xankəndi sakinlərini su ilə təmin etdilər

Bu gün – avqustun 16-da Rusiyanın Azərbaycan torpağındakı sülhməramlı kontingentinin nümayəndələri artıq 10-cu gündür xeyli hissəsi susuz qalmış Xankəndinin bir sıra küçələrinin erməni sakinlərini içməli su ilə təmin ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

“Bu bölgədə yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Stepanakert(Xankəndi-S.L.) sakinlərinə içməli su təchizatında kömək etmək qərarına gəlib.

İş qrafiki yerli hakimiyyət orqanları ilə razılaşdırılıb. Bu rayona təxminən 5 ton su çatdırdıq” -bunu erməni müxbirlərə açıqlamasında bildirən Rusiya hərbi birləşməsinin  nümayəndəsi  həmin dəstəyin davamlı olacağını əlavə edib”.

Xankəndidəki ermənilər isə bu dəstəyə görə Rusiya hərbçilərinə dərin təşəkkürlərini bildiriblər. /Yenisabah.az