Qeyri-sabit hava şəraiti qərb bölgəsində yanğına səbəb olub. Tovuzda axşam saatlarında şimşək çaxıb, qısa müddətli güclü yağış yağıb.
NOCOMMENT.az-ın Bizim.Media-ya istinadən məlumatına görə, təxminən saat 20:30 radələrində rayon ərazisinə ildırım düşüb. Nəticədə rayonun Olimpiya İdman kompleksinin yaxınlığında yanğın baş verib.
Şam ağaclarından ibarət olan bir hektara yaxın ərazidəki alovu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin əməkdaşları ram edib.
15 nəfər canlı qüvvə iki yanğınsöndürən avtomobilin köməyi ilə alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb. Havanın küləkli olmasına görə yenidən yanğının başlaması istisna edilmir, buna görə də ərazi nəzarətə götürülüb.











