“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi, əsgər Hüseyn Qorxmaz şəhid olub.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, türkiyəli əsgər terrorçu qüvvələrin bölgədə yerləşən Türkiyə hərbi bazasını atəşə tutması nəticəsində həyatını itirib.












