Ukrayna-Rusiya danışıqlarının gündəliyi açıqlandı

Ukrayna-Rusiya danışıqlarının gündəliyi açıqlandı

Axşam saatlarında Belarusda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşün gündəliyi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə danışıqların iştirakçısı, Ukrayna Ali Radasının deputatı David Araxamiya feysbukda paylaşım edib.

“2 saat sonra başlayırıq. Minimum proqramımız humanitar dəhlizlərdir. Daha sonra isə vəziyyətə uyğun hərəkət edəcəyik”, – deyə deputat qeyd edib.