Ukrayna Silahlı Qüvvələri Rusiya sərhədinə çatıblar

Ukrayna Silahlı Qüvvələri Rusiya sərhədinə çatıblar

Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov feysbukda yazıb.

“Rusiya ilə müharibənin yeddinci günündə Ukrayna Silahlı Qüvvələrinin bölmələri 5-ci önbölmə dəstələrimizin sərhədçiləri ilə birgə Sum vilayətində Ukraynanın dövlət sərhəd xəttinə çıxıb”, – o bildirib.