Soçi şəhərində keçirilən görüşdə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə olunub.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə “Anadolu” agentliyinin jurnalistinin sualını cavablandırarkən bildirib.
“Biz dəhliz yox, marşrut terminindən istifadə edirik. Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması problemi Soçidə keçirilən sammitdə müzakirə olunub. Bu məsələ üç ölkənin Baş nazir müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində davam etdiriləcək”, – deyə Zaxarova vurğulayıb.








