16 min əcnəbi könüllüdən birinci qrupu artıq Ukraynanı müdafiə etmək üçün yola düşüb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski ukraynalılara videomüraciətində deyib.
“Ukrayna hər gün tərəfdaşlarımızdan silah alır. Əsl dostlardan hər gün daha güclü silahlar alırıq. Ukrayna artıq ölkəmizə gələn əcnəbi könüllüləri qarşılayır. 16 min könüllüdən birinci qrupu yola düşüb. Onlar Ukraynanın azadlığını müdafiə etməyə gəlirlər”, – deyə prezident bildirib.
Ukraynada əcnəbi könüllülərdən ibarət Beynəlxalq Müdafiə Legionu yaradılır. Müdafiə nazirinin müavini Anna Malyar fevralın 28-də bildirib ki, bir neçə min əcnəbi Beynəlxalq Legiona qoşulmaq arzusunu bildirib.












