Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri Robert Qukasyan Zəngəzur (Sünik) vilayətinin qubernatoru təyin olunub
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.
Baş nazir Nikol Paşinyan Robert Qukasyanı təbrik edib.
R.Qukasyan 2017-2018-ci illərdə Çəmbərək icmasının rəhbərinin köməkçisi olub. 2019-cu il avqustun 22-də o, Ermənistanın baş nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Qukasyan Sünik qubernatoru vəzifəsində Melikset Poqosyanı əvəz edib.












