Rəisi ilə birgə həlak olan SEPAHın zabitinin kimliyi gizli SAXLANILDIbackend

Rəisi ilə birgə həlak olan SEPAHın zabitinin kimliyi gizli SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidentinin həlak olduğu helikopterdə öncədən adları gizli saxlanılan polotların kimlikləri məlum olub.

NOCOMMENT.az referans.az-a istinadən xəbər verir ki,İran “Telegram” kanalları bu barədə yazıb. Belə ki, Rəisi ilə birgə qəzada Xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmtinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Seyid Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi olub.

Qəzada həyatını itirən pilotların adı açıqlansa da, bu dəfə SEPAH-ın “Ənsar-əl Mehdi” qərargahının həlak olan zabitinin adı gizli saxlanılıb.

Qeyd edək ki, pilotların adlarının ölənlərin sihahısında qeyd olunmaması insanlar tərəfindən şübhəli qarşılanıb.