Rəmişin həyat yoldaşı hamını aldadıb – FOTOFAKTbackend

Rəmişin həyat yoldaşı hamını aldadıb – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun və həyat yoldaşı Gülşən (Gülü) Hüseynovanın koronavirusa yoluxmasına dair rəsmi faktlar yayılıb.

NOCOMMENT xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzindən lent.az-a verilən məlumata görə, onların koronavirusa yoluxmuş Gülü Hüseynovanı məcburi xəstənaya cəlb etmək səlahiyyətləri yoxdur.

“Gülü Hüseynova koronavirus xəstəsidir və onun insanlar üçün təhlükəli olması barədə TƏBİB-ə məlumat verilib. Məlumatda COVİD-19 xəstəsinin xəstəxananı tərk etdiyi bildirilib. Həm bizim xəstəxanada, həm də TƏBİB-in klinikalarında Xalq artisitinin və həyat yoldaşının koronavirus testi müsbət çıxıb. Hər ikisi COVİD xəstəsi olub və xəstəxananın COVİD bölməsinə yerləşdiriliblər”.

Mərkəzdən həmçinin bildirilib ki, Rəmiş bəy vəfat edən zaman biz Gülü xanıma – “Xəstəxananı tərk edə bilməzsiniz”, – dedik: “Amma həmin an Xalq artisinin həyat yoldaşı sərt reaksiya verərək xəstəxana rəsmilərini dinləmədən tərk elədi. Klinik olaraq Gülü xanım ağır koronavirus xəstəsi deyil. Lakin buna baxmayaraq, təcili şəkildə aidiyyəti qurumlara, TƏBİB-ə xəbər verdik ki, COVİD-19 xəstəsi xəstəxananı tərk edib”.

Bakı Sağlamlıq Mərkəzindən o da bildirilib ki, mart ayının 27-də Rəmiş və Gülüdən Bakı Sağlamlıq Mərkəzində yaxmalar və analiz götürülüb. Cavab müsbət çıxıb: “Biz daha dəqiq nəticə əldə etmək üçün martın 29 və aprelin 3-də götürülən yaxma və analizi TƏBİB-in “Yeni klinika”-sına göndərdik. Cavab yenidən müsbət çıxdı”.