Reper Elmin Quliyevə hökm oxundubackend

Reper Elmin Quliyevə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva məhkəməsi Azərbaycan əsilli reper Elmin Quliyevi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə həbs cəzasına məhkum edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, əvvəlcə E.Quliyev Rusiya CM-nin 264-cü maddəsinin 1-ci bəndi ilə ittiham olunsa da, sonradan ona qarşı ittiham 2-ci bəndlə (Yol hərəkəti qaydasının sərxoş vəziyyətdə pozulması nəticəsində insan sağlamlığına ağır zərər vurma) sərtləşdirilib. Məhkəmə də bu maddə ilə onu günahkar bilib.

Reper günahını etiraf edib, ancaq sərxoş olmadığını bildirib.

Qeyd edək ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. “İnfiniti”nin sükanı arxasında olan reper yolu qırmızı işıqda keçərək, digər avtomobillə toqquşub. Zərbənin təsirindən maşın səkiyə çıxıb və orda olan piyadaları vurub. Qəza nəticəsində iki piyada, o cümlədən “İnfiniti”də olan sərnişin ağır xəsarət alıb.