Rəqsanənin qızı Aysun İsmayılova bacıları və qardaşı haqqında danışıb.
NOCOMMENT.az Yenisabah.az-a istinadən xəbər verir ki, A.İsmayılova “Elgizlə izlə” verilişində ailəsinin vəziyyəti haqqında məlumat verib:
“Ailədə 4 uşağıq. Bacılarım və qardaşım Bakıdadır. Onlara hazırda ataları Fazil Əmiraslanov baxır. Onun yanındadırlar”.
Xatırladaq ki, müğənni Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə məsuliyyətə cəlb edilib. Bu maddə ilə onu 10 ildən 14 ilə qədər həbs cəzası gözləyir.













