Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.
NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat tibb məntəqəsində həyata keçirilib.
Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir.
Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyev bildirib ki, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib:
“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”.













