Rəsinin olduğu helikopter əslində buna görə QƏZAYA DÜŞÜB – DETALLAR AÇIQLANDIbackend

Rəsinin olduğu helikopter əslində buna görə QƏZAYA DÜŞÜB – DETALLAR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəisini daşıyan helikopter mayın 19-u axşam saatlarında İranın şimal-qərbindəki dağlıq ərazidə qəzaya uğrayıb. Onun axtarışları 10 saatdan çox davam edib. İranın vitse-prezidenti Möhsün Mənsuri prezident Rəisinin helikopter qəzasında həlak olduğunu təsdiqləyib. İran Qızıl Aypara Cəmiyyəti İran prezidenti İbrahim Rəisinin helikopterində olanların sağ olduğuna dair heç bir əlamət tapmayıb.

Təşkilatın rəhbəri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər artıq qəza yerinə baxış keçirib, lakin sağ qalan olmayıb. Qəza yerindən yayımlanan görüntülərdə helikopterin tamamilə yandığı görünür. Helikopterin axtarışları 10 saatdan çox davam edib. Gecə saat 4:30 radələrində (Bakı vaxtı ilə) Türkiyənin “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı axtarışların aparıldığı ərazidə “istilik mənbəyi” aşkarlayıb. Saat yarımdan sonra xilasedicilər qəza yerinə çatıblar. Kortejdə ümumilikdə üç helikopter olub, onlardan ikisi təhlükəsiz yerə enib.

Bəs Rəisin helikopterinin qəza etməsinə səbəb nə ola bilərdi?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Turan Rzayev Referans.az-a bildirib ki, Azərbaycanın İranla dostluq və əməkdaşlıq münasibətləri tarixə dayanan bir məsələdir:

“Ümumiyyətlə, Azərbaycanın İrana qarşı heç bir ədaləti, problemi və yaxud da gərginliyə səbəb olacaq addımları olmayıb. Qarşı tərəfdən müəyyən vaxtlarda bəzi addımlar olub, rəsmi Bakıda buna müvafiq cavab verib. Hesab edirəm bu da normaldır. Siyasi münasibətlərin pis olduğu bir dövrdə belə iki ölkə arasında iqtisadi münasibətlər yüksək səviyyədə olub. Azərbaycanın Naxçıvanla həm enerji təminatını, həm də nəqliyyat bağlantısını İran öhdəsinə götürübdür. Bunu da nəzərə almaq lazımdır ki, iki ölkə arasında ortaq layihələr, ticarət dövrüyəsi mövcuddur”.

Ötən gün prezident İlham Əliyev görüş zamanı İbrahim Rəisi ilə bağlı pozitiv məqamlara toxunması Azərbaycan-İran münasibətlərinin hazırki etabda yaxşı olduğunu qeyd etməsi onu deməyə əsas verir ki, münasibətlərimiz normallaşma mərhələsinə qədəm qoyub”.

Azərbaycanın İrana hər zaman dost və mehriban qonşuluq münasibəti sərgilədiyini deyən politoloq qeyd edib ki, hazırda iki ölkə arasında çox ciddi iqtisadi və siyasi əlaqələr mövcuddur:

“İki dövlət başçısı arasında olan münasibətlər də dost münasibətidir. Biz bu günə qədər İrana qarşı heç bir sanksiyalara qoşulmamışıq. Ümumiyyətlə, hadisə ilə bağlı bunu demək lazımdır ki, helikopterin qəzaya uğradığı ərazinin relyefi olduqca çətindir. Burada təbii və texniki fatktorlardan qəzanın baş verməsi mümkündür. İbrahim rəisi İranın hazırki dini lideri Ayətullah Əli Xameneinin varisi hesab olunurdu. Amma bildiyimiz kimi İranın daxilində bir yox, birdən çox qüvvələr mövcuddur”.

Turan Rzayev əlavə edib ki, bütün hallarda nə olursa olsun, bunun Azərbaycanla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. İndi bəzi qüvvələr məsələni başqa aspektə yönləndirmək istəyə bilərlər, lakin bu gülünc bir durum olar. Hər bir halda hadisə təəssüf doğurur. Regionda istənilən gərginlik, istənilən neqativ hadisə Azərbaycanı da yaxından maraqlandırır. Biz hər zaman İranla münasibətlərimizdə dostluq və əməkdaşlığa fikir vermişik. Bu baxımdan hazırki məsələ Azərbaycanı dərindən sarsıdıb.