Respublika Pediatriya Mərkəzinin avadanlıq tenderi baş tutmadıbackend

Respublika Pediatriya Mərkəzinin avadanlıq tenderi baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Pediatriya Mərkəzi tərəfindən tibb müəssisələri üçün tibbi və qeyri-tibbi avadanlıqların alınması və quraşdırılması ilə bağlı elan edilən tender baş tutmamış hesab edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ləğvinə səbəb iştirakçıların sayının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş minimum həddən az olmasıdır.

Rəsmi məlumata əsasən, satınalma prosedurunda iştirak üçün təklif təqdim edən təchizatçıların sayı üçdən az olduğuna görə tender “yetərsay deyil” səbəbilə ləğv olunub.

Satınalmanın ehtimal olunan dəyəri 183.157,15 (yüz səksən üç min yüz əlli yeddi manat 15 qəpik) təşkil edib.