Respublikaçılardan Trampa qarşı ittihamlara REAKSİYAbackend

Respublikaçılardan Trampa qarşı ittihamlara REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da keçmiş prezident Trampın üzvü olduğu Respublikaçılar Partiyasından onun “sus payı” istintaqı səbəbilə məhkəmə qarşısına çıxacağına dair reaksiya veriblər.

NOCOMMENT.az xəbər verir ki, 2024-cü il prezident seçkilərinə müdaxilə olunduğu iddia edilərək məhkəmə işi “rüsvayçı və saxtakarlıq” kimi qiymətləndirilib.

Nümayəndələr Palatasında Respublikaçı çoxluğun lideri Stiv Skaliz də Trampa qarşı irəli sürülən ittihamı “saxta” və “rüsvayçı” adlandırıb və demokratların siyasi rəqiblərinə hücum etmək üçün hökuməti hərbiləşdirdiyi fikrini bölüşüb.

Respublikaçı millət vəkili Ceyms Komer prosesi “siyasi ifritə ovu” kimi qiymətləndirib.

Trampa yaxınlığı ilə tanınan deputat Marjori Teylor-Qrin çərşənbə axşamı Nyu Yorka gedəcəyini və “konstitusiyaya zidd ifritə ovu”na etiraz edəcəyini açıqlayıb.

Qeyd edək ki, Prezident Bayden məsələ ilə bağlı şərh verməkdən imtina edib.

NOCOMMENT.AZ