Rezidenturaya qəbul olanların sayı açıqlandıbackend

Rezidenturaya qəbul olanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020/2021-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 456 namizəddən 422 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Onlardan 133 nəfərini oğlanlar, 289 nəfərini qızlar təşkil edir. 218 namizəd cari ilin, 204 namizəd isə əvvəlki illərin məzunudur.