“Rəzil bir adamdır” – Tramp onu TƏHQİR ETDİbackend

“Rəzil bir adamdır” – Tramp onu TƏHQİR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, London meri Sadiq Xanın hərəkətsizliyi səbəbindən Britaniya paytaxtı yüksək cinayətkarlıq səviyyəsindən əziyyət çəkir.

NOCOMMENT.az xəbər verir ki, Tramp deyib:

“Londondakı cinayət sayına baxın. Anam Londonu sevirdi. O, həmişə bu barədə danışırdı. O vaxt London bugünkündən fərqli idi. Bu gün insanlar bıçaqlanır və ya daha pis vəziyyətə düçar olur”, – Tramp bildirib.

Trampın sözlərinə görə, 2016-cı ildə London meri vəzifəsinə başlayan Xanın rəhbərliyi şəhər üçün fəlakətə çevrilib.

“O, cinayətkarlığa göz yuman rəzil bir adamdır. Parisdə olduğu kimi, Londonda da polisin getmək istəmədiyi yerlər var”, – deyə ABŞ prezidenti vurğulayıb.