Robert Fiko Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmırbackend

Robert Fiko Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmır. Bu barədə Slovakiya Nazirlər Kabinetinin rəhbəri Ukraynanın baş naziri Denis Şmıqalla telefon danışığından sonra öz Facebook səhifəsində yazıb.

“Biz Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmırıq, çünki bu, sadəcə lazımsız qan tökülməsinə gətirib çıxarır”, – Fiko əlavə edib.

Slovakiyanın baş naziri əlavə edib ki, Bratislavanın milli maraqları “bəzən Ukraynanın maraqları ilə ziddiyyət təşkil edir”, ona görə də Fiko Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını qadağan etmək öhdəliyini təsdiqləyib.