Roma Papası kompüter tomoqrafiyasından keçibbackend

Roma Papası kompüter tomoqrafiyasından keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Roma Papası ağciyərlərin ağırlaşmaları riskini aradan qaldırmaq üçün kompüter tomoqrafiyası (KT) keçirib.Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

Onun sözlərinə görə, buna səbəb pontifikin səhhətində yaranan problemlərdir.

“Roma Papası Fransisk bu gün günortadan sonra Romanın Gemelli Isola xəstəxanasında ağciyərlərin ağırlaşmaları riskini aradan qaldırmaq üçün kompüter tomoqrafiyasından keçib”, – mətbuat xidməti bildirib.

Qeyd olunur ki, müayinənin nəticələri mənfi nəticə göstərib. Prosedurdan sonra pontifik öz iqamətgahına, “Müqəddəs Marfa” otelinə qayıdıb.

Mətbuat rəhbəri Matteo Bruni bildirib ki,  şənbə səhərinə planlaşdırılan bütün rəsmi audiensiyalar yüngül qripə görə ləğv edilib.