Papa Fransiskin tənəffüs problemi davam edirbackend

Papa Fransiskin tənəffüs problemi davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ağciyərində infeksiya davam edir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Qripdən əziyyət çəkən Papa Fransiskin səhhətində vəziyyət stabil olsa da, ağciyərlərində iltihablı proses olduğundan tənəffüs problemi davam edir.

“Papanın vəziyyəti stabildir, hərarəti yoxdur, lakin ağciyərlərdə iltihabi proses davam edir, bu da nəfəs almaqda çətinlik yaradır. O, antibiotiklərlə müalicəsini davam etdirir”, – deyə qeyd olunub.