Roma Papası sammitdə iştirak edəcəkbackend

Roma Papası sammitdə iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilk dəfə “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının İtaliyada keçiriləcək sammitində iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib. Baş nazir İtaliyanın dəvətini qəbul etdiyi üçün katoliklərin ruhani liderinə təşəkkürünü bildirib.

Papanın sessiyada iştirakının süni intellekt üçün tənzimləyici, etik və mədəni çərçivənin müəyyənləşdirilməsinə həlledici töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, İtaliya G7-yə sədrlik edir. İyunun 13-15-də Puglia bölgəsində “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.