Ronaldoya sürpriz hədiyyəbackend

Ronaldoya sürpriz hədiyyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriştiano Ronaldo komandasının Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunu üçün İrana yollanıb. Portuqaliyalı ulduza fars xalçası hədiyyə edilən zaman rəngarəng görüntülər ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Asiya Çempionlar Liqasının (AFC) qrup oyunları çərçivəsində sabah İranın “Persepolis Tehran” klubu ilə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubları qarşılaşacaq.

“Persepolis Tehran” klubunun prezidenti Rıza Dərviş İrana gələn “Əl Nassr”ın futbolçusu Kriştiano Ronaldoya fars xalçası hədiyyə edib. 38 yaşlı əfsanəvi ad yeni mövsümdə də çıxışı ilə diqqət çəkməyə davam edir. Portuqaliyalı futbolçu bu mövsüm komandası ilə 6 rəsmi matçda 7 qol vurub, 5 məhsuldar ötürmə ilə komandasına ciddi töhfə verib.