Ronaldo və Messi yenidən qarşı-qarşıya gələ bilərbackend

Ronaldo və Messi yenidən qarşı-qarşıya gələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo yaxın zamanda qarşı-qarşıya gələ bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Enezin sosial şəbəkələrdə məlumat yayıb.

Ulduz hücumçuların çıxış etdiyi Amerikanın “İnter Mayami” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubları arasında yoldaşlıq oyunu təşkil etmək planlaşdırılır. Görüş Çində baş tuta bilər. Dəqiq tarix isə hələ məlum deyil.

Ronaldo bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Messi isə ötən yay “İnter Mayami”nin sıralarına qoşulub. Messi klubla 2025-ci ilin sonuna qədər müqavilə bağlayıb.