Marneuli Bələdiyyə Məclisinin keçmiş sədr müavini Rövşən İsgəndərov azadlığa buraxılıb.
NOCOMMENT.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onunla birlikdə əmisi oğlu Etibar İsgəndərov da azadlığa çıxıb.
Onlar oktyabrın 30-da, ötən gün, Rustavi şəhərində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsini tərk ediblər.
Qeyd edək ki, Rövşən və Etibar İsgəndərovlar Cinayət Məcəlləsinin 164-cü maddəsi (seçki saxtakarlığı) ilə ittiham olunmuşdular. Hər ikisinə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir.













