Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov ADY-nin Baş Mühəndisi təyin olunub.
NOCOMMENT.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə QSC-nin sədri Rövşən Rüstəmov əmr imzalayıb.
Qeyd edək ki, 2012-ci ildə Prezidentin fərmanı ilə “Əməkdar mühəndis” adını alan Elyar Muradov 2004-2023-cü illərdə ADY-nin Sərnişin daşımaları departamentinin, ardınca isə Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsində çalışıb.













