Ruhəngiz Qasımovanın cənazəsi Bakıya gətirildibackend

Ruhəngiz Qasımovanın cənazəsi Bakıya gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətirilib.

NOCOMMENT xəbər verir ki, bu gün Təzə Pir məscidində mərhumla vida mərasimi keçiriləcək. Daha sonra onun cənazəsi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, 82 yaşlı Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda dünyasını dəyişib.