Rumıniya ruslara Şengen vizalarının verilməsinə başlayacaqbackend

Rumıniya ruslara Şengen vizalarının verilməsinə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 31-dən Rumıniya Şengen zonasına girişi təmin edən vizaların verilməsinə başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Rumıniya hakimiyyəti Şengen qanunvericiliyini tam şəkildə tətbiq edəcək və sonra Şengen vizaları verəcək”, – Rumıniya Xarici İşlər Nazirliyi aydınlaşdırıb.

Ölkənin Xarici İşlər Nazirliyi xatırladıb ki, bu sənədlər onların sahiblərinə istənilən 180 günlük müddət ərzində 90 gündən çox olmamaq şərtilə Şengen zonası daxilində səyahət etmək imkanı verəcək.

Rumıniyanın Rusiya Federasiyasındakı səfirliyinin zəng mərkəzi martın 31-dən giriş sənədlərinin qəbulunun mümkünlüyünü təsdiqləyib.

Avropa İttifaqı Şurasının qərarı ilə Rumıniya 2023-cü ilin dekabr ayının sonunda Şengen zonasına üzv dövlətlərdən birinə çevrildi. Ümumilikdə bu zona 29 dövləti birləşdirir.