Rumıniya və Pakistan Senatının sədri Azərbaycanda gəldibackend

Rumıniya və Pakistan Senatının sədri Azərbaycanda gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycana səfərə gəlib.

NOCOMMENT.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etməkdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.