Rumıniyanın baş naziri Rusiya ilə müharibə barədə danışıbbackend

Rumıniyanın baş naziri Rusiya ilə müharibə barədə danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın baş naziri Marçel Çolaku bildirib ki, ölkə Rusiya ilə də daxil olmaqla “heç bir müharibəyə” girməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rumıniya Nazirlər Kabinetinin rəhbəri Rumıniya Baş Qərargahının “Rusiya Federasiyası ilə müharibə” ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Gəlin sakit olaq, Rumıniya heç bir müharibəyə girməyəcək”, – deyə Çolaku vurğulayıb.

Bundan əvvəl Rumıniya Baş Qərargah rəisi general Qeorqita Vlad bildirib ki, Rumıniya hazırda Rusiya ilə müharibəyə hazır deyil, lakin bu təhlükəni ciddi qəbul etməlidir.

Generalın sözlərinə görə, Rusiya Ukraynada qalib gəlsə, “əsas hədəf Moldova Respublikası olacaq”. Bundan əlavə, Qərbi Balkanlarda vəziyyət daha da pisləşəcək.