Rus ordusunun böyük hücumu nə vaxt başlayır?backend

Rus ordusunun böyük hücumu nə vaxt başlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus ordusunun şərq cəbhəsində böyük hücumu hələ başlamayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Dünən səhər saatlarında Donetsk, Luqansk və Xarkov vilayətləri ərazisində yerləşən bütün cəbhə xətti boyunca döyüşlər başlayıb. Amma bu, onların Silahlı Qüvvələrimizin gücünü yoxlamaq cəhdi idi. Cəhd uğursuz alındı. Bu gün üçün onlar bu cəhdləri davam etdirəcəklər. Böyük hücumun nə vaxt başlayacağı isə zaman məsələsidir”, – Danilov bildirib.

Danilov həmçinin Donbass uğrunda bu döyüşün sonuncu və həlledici olacağına dair nikbin proqnozlara qarşı xəbərdarlıq edib:

“Qarşıda hələ çox fərqli şeylər ola bilər. Bu, əvvəllər dedikləri kimi, son və həlledici döyüş deyil. Bu, 2014-cü ildən ölkəmizin ərazisində gedən döyüşlərdən biridir”.
Axar.az