Ukrayna Luqanskı vurdu – Partlayış səsləribackend

Ukrayna Luqanskı vurdu – Partlayış səsləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Luqanska raket zərbəsi endirib. Şəhərin bir neçə hissəsində partlayış səsləri eşidilib.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın bölgəyə təyin etdiyi nümayəndələrin açıqlamalarına görə, Ukrayna Silahlı Qüvvələri iki “Storm Shadow” raketindən istifadə edib.

Partlayışlar məktəbin yaxınlığında baş verib. Şahidlər isə bildirib ki, hadisə nəticəsində yaxınlıqdakı evlərin şüşələri sındırılıb. Hadisə yerinə təcili yardım xidmətləri və yanğınsöndürənlər cəlb edilib.

Bölgədəki digər bir yenilik isə Rusiyanın Donetskdə yerləşən Pervomaysk qəsəbəsinə daxil olmasıdır.

Açıqlamada qeyd olunur ki, Avdivka istiqamətində Donetskin Pervomaysk qəsəbəsi qoşunların fəal və qətiyyətli əməliyyatları nəticəsində nəzarət altına alınıb.