Rus sülhməramlılara şok təklif: Ermənilərlə evlənin!backend

Rus sülhməramlılara şok təklif: Ermənilərlə evlənin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı jurnalist Valeriya Alyonina rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, o, bu barədə“təklif”lərini özünün teleqram kanalında paylaşıb. Xanım jurnalist belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün “səbəb” olacağını qeyd edib.

Olyuninaya görə, əgər rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər:

“Konstantin Zatulinin Sputnik Armenia-ya müsahibəsini maraqla dinlədim. Mənə aydındır ki, indi “artsax”da ərləri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu, həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil”.