Rus zabitindən qan donduran etiraf: Əsgərlərimiz işgəncə verdilərbackend

Rus zabitindən qan donduran etiraf: Əsgərlərimiz işgəncə verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumu davam edərkən, keçmiş rus ordusunun zabitinin etirafları qanı dondurdu.

NOCOMMENT xəbər verir ki, keçmiş zabit Yefremov ukraynalı hərbi əsirlərin güllələndiyi və zorlanma ilə hədələnməsi ilə bağlı iddiaları təsdiqləyib.

Müharibənin ən amansız olduğu Ukraynada milyonlarla insan öz ölkələrindən köç edib, minlərlə insan həyatını itirib. Rus ordusunun ən yüksək rütbəli zabiti Konstantin Yefremov yaşadıqlarına dözə bilməyib ordunu tərk edib. O, bildirib ki, Rusiya indi onu satqın və vətən xaini elan edib.