Rusiya 300 min əsgərlə hücuma hazırlaşırbackend

Rusiya 300 min əsgərlə hücuma hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın şərqində Rusiya qüvvələri Luqansk vilayətindən Donetsk vilayətinin Uqledar bölgəsinə doğru irəliləməyə çalışacaqlar. Bunun üçün düşmənin üç dəstəsi var.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi analitik Aleksey Getman bildirib.

“Dəstələrdən biri Kupyanski və Liman istiqamətindədir, təxminən 120 min hərbçi var. Baxmut ətrafında 30-50 min, cənubda Uqledar yaxınlığında, təxminən 150 min əsgər cəmləşib. Bu, onların irəliləməyə çalışacağı üç yerdir”, – ekspert vurğulayıb.