Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynaya veriləcək?backend

Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynaya veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya aktivlərindən əldə edilən gəlirləri silah almaq üçün istifadə etməyə imkan verəcək sənədləri razılaşdırmalıyıq.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə AB diplomatiyasının rəhbəri Jozep Borrell çıxış edib.

“Sənədlər bu həftə baxılmaq üçün daimi nümayəndələrə təqdim olunacaq. Bunun necə gedəcəyi, Avropa Birliyi dövlətlərinin hansı mövqe tutacağı haqda heç nə deyə bilmərəm. Amma mən birliyə üzv dövlətlərə müraciət etmək istərdim: xahiş edirəm, onları bloklamayın, əks halda bu aktivlərdən əldə olunan gəlir cari hesablarımızda saxlanılmalı olacaq”, – deyə Borrell vurğulayıb.

Qeyd edək ki, daha öncə Borrell açıqlamasında Avropa Birliyinin Sülh Fondu adlanan qurumdan Ukraynaya 5 milyard avro dəyərində hərbi yardımın maliyyələşdirilməsi ilə bağlı 7 layihənin bloklandığını bildirib.